Bakıda evdə qumarxana aşkarlandı 

10:00 29.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xüsusi karantin rejimi qaydalarını pozaraq evində qumarxana təşkil edən şəxs aşkar edilib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T.Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.